Bugünki gündə siz öz həyatınızı nəqliyyat vasitəsiz təsəvvür edə bilmirsiniz. Və əgər söhbət xaricə səfər,baxımlı yerləri,təbiəti görməkdən gedirsə – birinci fikirləşdiyimiz nəqliyyat vasitəsi olur. O zaman şirkətlərdən avtomobil kirayəsi xidməti sizin planlarınızın həyata keçirilməsi üçün variantdır. Sərfəli qiymətlərlə tapdığınız icarə avtomobilləri sizin büdcənizə qənaətdə kömək edəcək.
Banker.az buna görə də ekonom avtomobillərini icarə edən şirkətləri araşdırdı.
Qeyd edək ki, “Rent A Car” şirkətləri 24 yaşdan yuxarı şəxslərə icarə maşınlar verirlər. Bu maşınlardan istifadə etmək üçün isə ən azı 1-2 il sürücülük təcrübənin olması gərəklidir. Kirayə avtomobilini seçən zaman minimum 200-300 AZN məbləğində depozit ödənilməlidir. Bu məbləğ heç bir qəza hadisəsi və cərimələr olmadığı halda müştəriyə geri qaytarılacaqdır. Şirkətlər maşınları minimum 2 və ya 3 günlük icarəyə verir.