9 C
Baku
Monday, November 18, 2024

“Optimal Elektronika” şirkətinə cərimə protokolu yazılıb

Bakıda elektronika məhsullarının satışını təşkil edən şirkətə cərimə protokolu yazılıb.

“Optimal Elektronika” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatına verilib.

Məhkəmə iclası fevralın 17-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər