Neftin qiyməti birjalarda geosiyasi dəyişmələr fonunda ucuzlaşdı. Belə ki, İranın Qərblə apardığı nüvə danışıqlarında müsbət xəbərlərlə neft bazarına yenidən dönməsi Rusiya-Ukrayna gərginliyi qorxusunu azca azaldıb. Bu da bazara əlavə neft çıxarılması ilə nəticələnəcək.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin aprel fyuçersi üzrə qiyməti 0.60% ucuzlaşmaqla 92.41 dollar/barrel olub.
Neft hazırda 2014-cü ildən bu tərəfə maksimumlar yeniləyib. Brent son 8 ildə ilk dəfə 96 dolları ötüb.
Qeyd edək ki, treyderlər İranın nüvə danışıqları ilə əlaqəli müsbət mesajlar aldıqlarını bildirir. Bu da hazırda dar təchizat zəncirini qıraraq bazara əlavə 1 mln. barrrel günlük neft çıxarılması deməkdir.
OPEC+ alyansı hazırda nefti kvota ilə bazara çıxarır. Belə ki, 2022-ci ilin yayına qədər hər ay günlük ifadədə 400 000 barrel artırılması planlanıb. Artıq son ildə OPEC+ bəzi təhdid və təkliflərə rəğmən bu plandan kənara çıxmır.