18 C
Baku
Friday, November 22, 2024

Start-upların yaranma tarixi

İlk dəfə start-up termini 1939-cu ildə ABŞ-da meydana gəlib. Kaliforniyada, San-Fransisko şəhəri yaxınlığında yüksək texnologiya sahəsində yeniliklərlə məşğul olan demək olar ki, bütün şirkət və firmalar diqqətlərini eyni bir sahə üzərində cəmləmişdilər. O zaman Stenford universitetinin tələbələri Devid Pakkard və Uilyam Hyulett burada özlərinin kiçik bir layihəsini yaradaraq bu işi Start-up adlandırdılar. Zamanla bu start-up Hewlett-Packard kimi nəhəng və uğurlu bir şirkətə çevrildi.

Bu gün səhv olaraq bütün internet layihələr səhv olaraq start-up kimi xarakterizə edilir. Bu fikir bir çox xarici və məşhur start-upların müşahidəsinin yekunu olaraq yaranmışdır.
Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

– Facebook, VKontakte, Odnoklassniki.ru sosial şəbəkələri;

– Vikipedia – ən böyük internet-ensiklopediya. Bu resursdakı məqalələrin sayını hesablamaq qeyri-mümkündür, belə ki, onların sayı günbəgün artır.

– YouTube — ən böyük video material bazası.

– Flickr — şəkillərin saxlanması üçün ən məşhur xidmətlərdən biri

– Twitter — Cek Dorsi tərəfindən qısa məlumatların paylaşılması üçün yaradılmış platforma.

Uğurlu start-uplara klassik misal olaraq Microsoft (təsisçiləri Bill Gates və Pol Allen), Apple Computer inc. (yaradıcıları Stiv Cobs və Stiv Voznyak) və Google-u (yaradıcıları Larri Page və Sergey Brin) göstərmək olar.

Son xəbərlər
Digər xəbərlər