12 C
Baku
Monday, November 25, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti “Bank Respublika” ASC-nin 15 milyon manatlıq istiqraz buraxılışını həyata keçirdi

®18 fevral 2021-ci il tarixində “Bank Respublika” ASC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat olan, 15 000  ədəd faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatmışdır. 

Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmişdir. Ümumilikdə hərracda 8 investor iştirak etmiş və onlar tərəfindən təqdim edilən sifarişlərin həcmi 17,3 milyon manat olmuşdur. 

Xatırladaq ki, qeyd olunan istiqrazlar 2 (iki) il müddətinə buraxılır və onlar üzrə investorlara hər 6 aydan bir, illik 8,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər. 

Son xəbərlər
Digər xəbərlər