10 C
Baku
Thursday, December 12, 2024

Ziraat bank islam bankçılığı prinsipləri ilə işləyən ilk filialını açdı

Türkiyənin ən böyük dövlət banklarından biri Ziraat bank İstanbulda islam bankçılığı prinsipləri ilə işləyən ilk filialını açdı.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, filialın açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Bu tarixi hadisədir. Digər dövlət bankları – Vakifbank və Halk Bank Ziraat Bankın bu addımını nəzərə almalıdırlar”, – prezident deyib.

Ərdoğan qeyd edib ki, dövlət bankları ölkədə islam bank sektorunun payını artırmalıdırlar və İstanbulu islam bankçılığının regionda və dünyada mühüm mərkəzinə çevirməlidirlər. Bu gün Türkiyədə islam bankçılığının dövriyyəsi bankların ümumi dövriyyəsinin 5 %-ni təşkil edir. 2023-cü ilə qədər onun dövriyyəsi 20 %-ə qədər artırılmalıdır”.

Qeyd edək ki, islam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.

Son xəbərlər
Digər xəbərlər