13 C
Baku
Friday, November 22, 2024

Hansı valyuta ilə olan əmanətlər sığortalanır?

Manatın məzənnəsində baş vermiş devalvasiyadan sonra əhalini maraqlandıran suallardan biri də, banklarda hansı valyutalarda yerləşdirilən əmanətlərin sığortalanması və kompensasiya edilməsidir. Nəzərinizə çatdıraq ki, hazırda Əmanətlərin sığortalanması fondu ölkədə fəaliyyət göstərən 45 bankdan 42-sində yerləşdirilən və bütün valyutalarda olan əmanətləri sığortalayır. Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Bununlar yanaşı əmanətlər üzrə ödənilən kompensasiya da əmanətə uyğun valyuta ilə ödənilir.

Kompensasiya hansı valyutalarda ödənilir?

  • Milli valyutada olan əmanətlərə – manatda
  • Həm milli, həm də xarici valyutada olan əmanətlər – bir əmanət kimi manatla
  • ABŞ dolları və avroda olan əmanətlərə – həmin valyutada
  • Digər valyutada olan əmanətlərə – sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda

Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər.

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlisiniz. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

  • əmanət (bank hesabı) müqaviləsi;
  • əmanət kitabçası;
  • yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd;
  • şəxsiyyəti təsdiq edən sənəd;
  • əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Onu da qeyd edək ki, kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilərsiniz. Bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

Son xəbərlər
Digər xəbərlər