14 C
Baku
Saturday, November 23, 2024

Zaxarova: “Rusiya LXR və DXR-in tanınmasından sonra ABŞ-la danışıqlara hazırdır”

“Rusiya əvvəlki kimi rəsmi Vaşinqtonla danışıqlara hazırdır. Donetsk və Luqansk Xalq respublikalarının müstəqilliyinin Rusiya tərəfindən tanınması haqqında qərar onun dialoqlara hazırlığına heç bir təsir etmir”.

TASS xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğumuzu bildirmişik. Bu baxımdan mövqeyimiz dəyişməz olaraq qalır. Biz danışıqlar prosesinə hazırıq”, – M.Zaxarova son hadisələrin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüşün keçirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Dünən Rusiya Təhlükəsizlik Şurasının Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən iclasında çıxış edən XİN rəhbəri ABŞ dövlət katibi ilə görüşün fevralın 24-də Cenevrədə keçirilməsinin planlaşdırıldığını bildirmişdi. ABŞ tərəfi isə danışıqların yalnız Rusiyanın Ukraynaya müdaxiləsi olmayacağı təqdirdə baş tutacağını bəyan etmişdi.

Xatırladaq ki, fevralın 21-də Rusya Prezidenti Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər