-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın ən çox və ən az kredit alan rayonları – Siyahı

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 13 milyard 105 milyon 95 min manatı Bakı şəhərinin payına düşür.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin yanvarın 1-nə ümumilikdə kredit portfelinin həcmi 16 milyard 781 milyon 439 min manat təşkil edib.

Bunun 12 milyard 417 milyon 246 min manatı milli valyutada, 4 milyard 364 milyon 193 min manatı isə sərbəst dönərli valyutada verilib.

Statistik məlumatlara görə, kredit həcminə görə ikinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Ötən il bu rayona 620 milyon 868 min manat həcmində kredit qoyulub.

Gəncə-Daşkəsən iqtisadi rayonuna kredit qoyuluşu 502 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Lənkəran-Astara iqtisadi rayonuna 355 milyon manat, Mərkəzi Aran  iqtisadi rayonuna 325 milyon manat kredit verilib.

Ötən il Şəki-Zaqatala iqtisadi rayonuna 285 milyon manatlıq kredit qoyulub. Quba-Xaçmaz 280 milyon manat kredit verilib. Qazax-Tovuz iqtisadi rayona verilən kreditin həcmi isə 273 milyon manat olub.

Kredit qoyuluşlarının 258 milyon manatı Şirvan-Salyan iqtisadi rayonuna, 256 milyon  manatı Qarabağ iqtisadi rayonuna, 254 min manatı Naxçıvan iqtisadi rayonuna düşür.

Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Dağlıq Şirvan  (20.09%) və Mil-Muğan iqtisadi rayonunda (19.57%) qeydə alınıb. Ən aşağı faiz dərəcəsi 10.34% təşkil edib və bu faizlə kredit Bakıda verilib.

 

Son xəbərlər
Digər xəbərlər