Bu ilin yanvar ayına olan məlumata görə, ölkəmizdə 61 436 POS terminal var. Onların 40 854-ü (66.5%-i) Bakıda, 20 582-si (33.5%-i) regionlardadır.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Təkcə yanvar ayı ərzində POS terminalların ümumi sayında 500 ədəd, Bakıda və regionlarda olan POS terminalların sayında isə müvafiq olaraq 283 və 217 ədəd artım olub.
Ötən ilin yanvar ayı ilə müqayisədə ölkə üzrə POS terminalların ümumi sayı 4 027 ədəd və ya 7%, Bakıda olanların sayı 3 208 ədəd və ya 8.5% artıb. Regionlarda isə bu fərq 819 ədəd və ya 4.1%-dir.