13 C
Baku
Friday, November 22, 2024

Chuck Taylor ketləri haqqında maraqlı faktlar

Chuck Taylor All Star ketləri Converse firmasının icadıdır. Bu ketlər artıq yüz ildən çoxdur ki, öz məşhurluqlarını itirmirlər.

1917-ci ildə yaradılmış bu model basketbolçu Çak Teylorun sayəsində məşhurlaşır.

Bu ayaqqabı haqqında maraqlı faktlar:

1 . Şirkətin banisi Markus Mills Konversin pilləkənlərdən yıxıldığı və xəsarət aldığından sonra bu ketləri yaratdığına aid bir versiya mövcüddur. Bu hadisədən sonra onun ağlına altı rezin sürüşkən olmayan ayaqqabı yaratmaq gəlir.

2 . İlk olaraq ketlər basketbolçular üçün istehsal olunurdu və yalnız xüsusi mağazalarda satılırdı.

3 . İlk 60 il ketlərin rəng çeşidləri məhdud idi. Onlar yalnız altı rəngdə istehsal olunurdu. Qeyd etmək lazımdır ki, klassik ağ, qara və qırmızı rəngdə olan ketlərə hal-hazırda da tələbat var.

4 . Chuck Taylor ayaqqabılarının digər pərəstişkarı da Elvis Presli olub. Müğənnin bir neçə şəkilləri bunu sübut edir.

5 . Bu ketləri həmçinin Kurt Kobeyn də sevirdi. Ehtimal edilir ki, Kurt Kobeyin sayəsində ketlər 90-cı illərdə məşhurlaşırlar.

6 . 1917-ci ildən etibarən 550 miyondan çox ket cütü buraxılıb. Bu göstərici idman ayaqqabıları istehsal edən şirkətlər arasında rekord bir göstəricidir.

7 . İkinci Dünya müharibəsi zamanı Chuck Taylor ketlərində amerika əsgərləri məşqlər edirdilər. Hətta Yaponiyanın hücumundan sonra ABŞ-ın hərbi hava qüvvələri üçün xüsusi «А6 Flying» seriyası istehsal olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər