İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda işgüzar forum keçirib.
Fonddan verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması;
– çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-ya müraciət etmək olar.
APA