Fevralın 24-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 8.8% azalaraq 0.0197 manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
2022-ci ilin fevralın 23-də rublun məzənnəsi 0.0216 manat olub.
Qeyd edək ki, Putinin Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlaması barəsində göstəriş verməsi rublu ucuzlaşdırıb.