Naxçvan Muxtar Respublikasında (NMR) 2022-ci ilin yanvar ayında 9 mln. 483 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.5% çoxdur.
Banker.az NMR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 2 339 ton, süd istehsalı 2 121 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6%, süd istehsalı isə 1.3% artıb.