Ukrayna Prezidenti Volodimir Zelenski İsveç Baş naziri Maqdalena Anderssona təşəkkür edib.
O, bu barədə tviter hesabında yazıb.
“İsveç Ukraynaya hərbi, texniki və humanitar yardım edir. Onlara səmərəli dəstəyinə görə minnətdaram. Beləliklə, birlikdə Putin əleyhinə koalisiya qururuq”, – dövlət başçısı bildirib.