7 C
Baku
Thursday, December 25, 2025

Roma papası Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib

Roma papası Fransisk Rusiya – Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsünü irəli sürüb.

“Telam” xəbər verir ki, bu məsələni katolik kilsəsinin ruhani lideri Vatikanda Rusiya səfiri Aleksandr Avdeyevlə müzakirə edib.

Xarici KİV-ə görə, Roma papası səfirlə söhbət zamanı müharibədən dərin narahatlığını ifadə edərək qarşıdurmaya son qoymaq üçün dialoqa çağırış edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər