Polşa Ukraynaya yeni gücləndirilmiş hərbi yardım göntərib.
Bu barədə Polşanın xarici işlər naziri Mariuş Blaşçak “Twitter” səhifəsində yazıb.
Nazir Ukrayna ordusu üçün döyüş sursatı olan maşın karvanının fotosunu dərc edib və bildirib ki, Polşa Ukrayna ilə həmrəydir.
“Ukraynaya göndərdiyimiz hərbi karvan artıq qonşularımıza çatıb. Biz ukraynalıları dəstəkləyirik. Biz həmrəyik və Rusiyanın təcavüzünə qəti şəkildə qarşıyıq”, – XİN rəhbəri vurğulayıb.