Bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri təxribat və kəşfiyyat qruplarını şəhərdən sıxışdırıb çıxarır.
Kiyev şəhər administrasiyası da paytaxt küçələrində aktiv döyüşlərin getdiyini bildirib.
Səlahiyyətlilər sakinlərə pəncərələrdən uzaq durmağı və hamam kimi qapalı yerlərdə gizlənməyi tövsiyə edib. Xüsusi sığınacaqda olanlar oranı tərk etməməlidir.