10 C
Baku
Tuesday, November 26, 2024

“Bloomberg”: “ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür”

ABŞ hökuməti Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bunu birgə həyata keçirmək üçün Avropa İttifaqının rəhbərliyinə təzyiq göstərilməsi imkanlarını müzakirə edirlər.

Bu cür planlar hazırda SWIFT-in işini tənzimləyən ABŞ Federal Ehtiyat Sistemi ilə razılaşdırılır. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, yekun qərar hələ verilməyib.

Bundan əvvəl Rusiyanın SWIFT-dən ayrılması təşəbbüsü Çexiya və Fransa prezidentləri Miloş Zeman və Emmanuel Makron tərəfindən dəstəklənib.

Son xəbərlər
Digər xəbərlər