13 C
Baku
Saturday, November 23, 2024

Rusiyadan SWIFT-dən ayırmağın tərəfdarı olan ölkələr çoxalır

ABŞ-ın Rusiyadan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirdiyi bir vaxta bir çox Qərb ölkələri artıq bunu dəstəkləməkdədirlər.

Banker.az xəbər verir ki, İtaliyanın baş naziri Mario Draqi Rusiya üzərində bu sanksiyaya qoşulacağını bildirib.

Eyni zamanda Kipr, Çexiya, Fransa və bir neçə Avropa ölkəsi eyni addımı atacaqlarını bildirib.

“Bloomberg” yazmışdı ki, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bunu birgə həyata keçirmək üçün Avropa İttifaqının rəhbərliyinə təzyiq göstərilməsi imkanlarını müzakirə edirlər.

Bu cür planlar hazırda SWIFT-in işini tənzimləyən ABŞ Federal Ehtiyat Sistemi ilə razılaşdırılır. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, yekun qərar hələ verilməyib.

Son xəbərlər
Digər xəbərlər