İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Niderland və Fransa da öz hava məkanını bağlayacaq.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.