Pavel Durov münaqişə müddətində Rusiya və Ukraynada “Telegram” kanallarının fəaliyyətinin məhdudlaşdırılmasının mümkünlüyünü açıqlayıb.
“Telegram” kanalları getdikcə daha çox Ukrayna hadisələri ilə bağlı yoxlanılmamış məlumat mənbəyinə çevrilir.
Bizim bütün kanal nəşrlərinin həqiqiliyini yoxlamaq üçün fiziki imkanımız yoxdur. Rusiya və Ukraynadan olan istifadəçiləri hal-hazırda “Telegram”-da yayılan istənilən məlumatlara şübhə ilə yanaşmağa çağırıram.
Biz istəmirik ki, “Telegram” münaqişələri və etnik nifrəti qızışdıran alət kimi istifadə olunsun. Vəziyyətin gərginləşməsi halında biz münaqişənin davam etdiyi müddətdə “Telegram” kanallarının fəaliyyətinin qismən və ya tamamilə məhdudlaşdırılması imkanlarını nəzərdən keçirəcəyik”, – deyə populyar sosial şəbəkənin sahibi bildirib.