7 C
Baku
Thursday, December 12, 2024

Taksit kartları nə dərəcədə sərfəlidir?

Bu gün ölkədə taksit kartlardan istifadə edən şəxslərin sürətlə artması hər kəsə aydındır.

Taksit kart istifadə edən şəxslərin artmasında ilkin səbəb isə ötən illərlə müqayisədə hazırda daha çox bankın  əhaliyə taksit kart təqdim etməsidir. Təbii ki, burada bankların marağı daha böyükdür. Çünki, istehlak kreditlərinin maliyyələşməsində müəyyən çətinliklərlə üzləşən banklar taksit kartları ilə vəziyyəti nisbətən öz xeyirlərinə dəyişmək istəyirlər.

Son dövrlərdə Azərbaycanda taksit kartları bazarının əhəmiyyətli dərəcədə genişlənməsi müşahidə olunmaqdadır. Hazırda xeyli sayda bank belə kartların buraxılması ilə məşğul olur.

Onu da qeyd edək ki, taktik kart istifadə edən əhalinin çoxalması, bir müddət öncə bankların arayışsız kreditlər verdiyi zaman baş verdi.  Çünki, həmin dövrdə banklardan arayışsız kredit götürməklə yanaşı, taksit kartları da arayışsız əldə etmək mümkün idi. Bu da əhalinin qaytara bilməyəcəyi qədər borclanmasına gətirib çıxarırdı.

Bu gün Azərbaycanda plastik kartların sayı çoxaldıqca, kart sahibləri və kartlardan istifadə də artır ki, bu da bankların müştərilərinə müxtəlif funksiyalı plastik kartlar təqdim etmələrinə səbə yaradır. Amma bu kartlar həm əhatə dairəsi, həm də imknaları ilə fərqlənirlər. Taksit kartları vətəndaşları hər hansı bir məhsulun alınmasında müəyyən imkanlar yaradır. Vətəndaş da bu reallıqdan çıxış edərək, taksit kartlarının imkanlarından istifadə edir.

Taksit kartlar ilə istədiyimiz ödənişi çox rahat şəkildə etmək mümkündür. Bu növ kartları əldə etməklə istədiyimiz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb hissə hissə geri ödə bilərik. Ancaq burada bir nüans var ki, aldığınız mağaza ilə plastik kartınızın aid olduğu mağaza arasında əməkdaşlıq olsun. Əks halda mağazadan hissəli alış –veriş edə bilməyəcəksiz.

Ölkə banklarının təqdim etdiyi kartların bir çox üstün cəhətləri var. Lakin yenə də bilməlisiniz ki, həmin kartda olan pul sizin pulunuz deyil. Həmin vəsaiti müəyyən dövr çərçivəsində geri ödməlisiniz. Bu ödənişi edə bilməyən və borcları kifayət qədər çoxalması, həmin şəxslərin maddi vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Son xəbərlər
Digər xəbərlər