Subsidiya (latın dilində “subsidium” – kömək, dəstək) dövlət və yaxud yerli büdcə hesabına istehlakçılara edilən ödənişlər, həmçinin hüquqi və fiziki şəxslər üçün xüsusi fondların ödənişləridir.
Subsidiyaların aşağıdakı xüsusiyyətləri vardır:
- Vəsaitlərin əvəzsiz verilməsi (vəsaitlərin qaytarılması da mümkündür)
- Məqsədli verilməsi
- Yenidən maliyyələşdirilmə məqsədli (kapital maliyyələşdirilməsi şərti ilə)
Bundan əlavə, birbaşa subsidiyalar fundamental elmi araşdırma və təcrübə işlərini maliyyələşdirmək (qrant), istehsalata yeni texnikanın cəlb edilməsi və kadr hazırlığı üçün istifadə olunur. Subsidiyalar bir tərəfdən perspektivli sahələrin inkişafını genişləndirə, digər tərəfdən isə faydasız, lakin strateji vacib müəssisələri dəstəkləyə bilər. Kənd təsərrüfatı ilə bağlı istehsalat kompensasiya ödənişləri ilə dotasiya edilir.
Dolayı subsidiyalar ilə vergi və pul-kredit siyasəti vəsaitləri hesabına həyata keçirilir. Dövlət şirkətin gəlirindən güzəştli vergi tutur, birbaşa vergilərin qaytarılmasını və gömrük rüsumlarını, dövlət zəmanəti və depozitlərin sığortalanmasını, ixrac kreditlərini təcrübədən keçirir və özəl birləşmələri güzəştli kreditlər ilə təmin edir.