“Növbəti ildən xaricdə təhsillə bağlı konkret proqramlar elan ediləcək. Builki proqramla başqa ixtisas üzrə reytinqi yüksəl olub, lakin proqramda qeyd olunan ixtisas xaricdəki ali məktəblərdə zəif tədris olunursa həmin təhsil müəssisələrində tələbələr göndərilməyəcək”.
Bunu təhsil naziri Emin Əmrullayev Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, martın sonuna qədər ilkin siyahılar açıqlanacaq: “Zamanla siyahıya əlavələr olacaq. Yəqin ki, sentyabrdan tədrisə başlanılacaq. Bəzi ölkələrdə qəbul proqramı bitib. İlk 500-lüyə düşən universitetlər arasında bizə uyğun olanlar seçiləcək. Mərhələli seçim olacaq. Mayın sonu görsək ki, kənarda qalan tələbələr var və seçilən meyarlara görə müraciətlərinə baxıla bilər. Yəni il ərzində nəzərdə tutulan 400 nəfərin seçilməsi planlaşdırılır”.