Gürcüstan parlamentinin Avropaya inteqrasiya Komitəsi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair qətnamə layihəsi hazırlayıb.
Bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
Parlament 13 bənddən ibarət sənəddə Aİ-yə üzv dövlətlər və institutlardan Gürcüstanın ittifaqa daxil olmasının sürətləndirilməsi üçün bütün lazımı addımların atılması ilə bağlı çağırış edib.