Təbii ki, hər kəsin özünü rahat hiss etdiyi bir məkan varsa, bu da insanın öz evidir. Lakin elə bədbəxt hadisələr var ki, onlardan qaçmaq mümkün deyil. Hətta demək olar ki, hər gün, hər hansı bir evin yandığını və ya başqa bir hadisənin baş verdiyiniz eşidirik. Lakin belə hadisələrin bir gün bizim də başımıza gələ biləcəyini düşünmürük.
Niyə hələ də bəzi şəxslər əmlak sığortasının bizim üçün nə qədər önəmli olduğunun fərqində deyillər. Gözləmədiyiniz anda evimizin başına uçqun, yanğın, ildırım, partlayış, təbii fəlakətlər: tufan, fırtına, dolu, daşqın, sel, zəlzələ, yer sürüşməsi zamanı külli miqdarda ziyan dəyə bilər. Düzdür, baş verəcək hadisələr qaçılmazdır.
Lakin həmin hadisələrdən sığortalanmaq isə bizim öz əlimizdədir.
Bu cür problemləri heç bir ziyana düşmədən həll edə bilməyiniz üçün isə daşınmaz əmlakınızı sığorta etdirməyiniz məsləhət görülür.
İcbarı sığorta haqqında qanuna əsasən yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Belə ki, Bakı şəhərində sığortanın miqdarı 25 min manat, ilkin ödənişin məbləği isə 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində sığortanın miqdarı 20 min manat, ilkin ödənişin məbləği 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə sığortanın miqdarı 15 min manat, ilkin ödənişin məbləği 30 manatdır.
Şəhər |
Sığorta məbləği |
Franşız |
İcbari Sigorta haqqı |
Bakı şəhəri |
25.000 AZN |
250 AZN |
50 AZN |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri |
20.000 AZN |
200 AZN |
40 AZN |
Digər yaşayış məntəqələri |
15.000 AZN |
150 AZN |
30 AZN |
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həm daşınmaz əmlakın könüllü sığortasında, həm də daşınmaz əmlakın icbari sığortasında nəzərə çarpacaq qədər irəliləyişlər var.
Belə ki, daşınmaz əmlakın könüllü sığortası hazırda sığorta haqların 69 391 206.86 manat, sığorta ödənişləri isə 19 982 643.52 manatdır. Ötən ilin müvafiq dövründə isə sığorta ödənişləri üzrə göstəricilər 16 082 130,94 manat təşkil edirdi. Yəni bir il ərzində daşınmaz əmlakın könüllü sığortası 3 900 512.58 manat artıb.
Daşınmaz əmlakın icbari sığortası isə hazırda sığorta haqları üzrə 7598518.44 manat, sığorta ödənişləri üzrə isə 930 477.9 manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə sığorta ödənişləri 189 329,39 manat təşkil edirdi. Bu da onun göstəricisidir ki, bir il ərzində danışmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri 741 148.51 manat artıb.
Həmçinin onu da diqqətinizə çatdırmaq istərdik ki, avqust ayına olan son göstəricilərə əsasən hazırda daşınmaz əmlakın icbari sığortası üzrə 6 260, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 205, sığorta müqaviləsi bağlanılmışdır.
Daşınmaz əmlakın icbari sığortası müqavilələri üzrə sığorta predmetinin 47%-i Bakı, 4,7%-i Sumqayıt, 3,9%-i Gəncə, 3,0%-i Abşeron, 2,7%-i Zaqatala, 2,1%-i Lənkəran, 36,1%-i isə digər rayonlarda qeydiyyatda olan daşınmaz əmlak təşkil etmişdir. Bu sığorta müqavilələrinin 71,3%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 28,2%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.
Sonda onu da qeyd edək ki, sizə aid olan hər hansı dəyərli əmlakınızı sığorta etməkdən çəkinməyin, çünki əmlakınızın sığortası sizin həyatınızda ən vacib olan hadisələrdən biridir.