“Aeroflot” Qrupunun mühasibat uçotunun beynəlxalq standartları üzrə xalis zərəri 2021-ci ildə 3,6 dəfə azalaraq 34,46 mlrd. rubl (318,7 mln. ABŞ dolları) təşkil edib.
Bu barədə aviaşirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, şirkətin gəlirləri əvvəlki illə müqayisədə 1,6 dəfə artaraq 491,733 mlrd. rubl (4,548 mlrd. dollar) təşkil edib. EBITDA göstəricisi (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 4,3 dəfə artaraq 116,536 mlrd. rubla (1,078 mlrd. dollar) çatıb.
Şirkət sanksiyaların mövcud təyyarə icarəsi müqavilələrinin davam etdirilməsinə və saxlanmasına mümkün təsirini qiymətləndirir. Qrupun rəhbərliyi sanksiyalara baxmayaraq, aviaşirkətin yaxın gələcəkdə fəaliyyətini davam etdirə biləcəyinə inanır.
“Aeroflot” sanksiyalar fonunda marşrut şəbəkəsinin dəyişdirilməsi və Avropa tənzimləyicilərinin sanksiya ifadələrini aydınlaşdırmaq üzərində işləyir.