5 C
Baku
Saturday, December 14, 2024

ABŞ Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ Rusiyanın Ukraynaya hücumlarına görə Rusiya və Belarusa qarşı yeni müdafiə sanksiyaları tətbiq etmək qərarına gəlib.

Bu barədə Ağ Evin bəyanatında bildirilib.

“ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qəddar müdaxiləsinə cavab olaraq Rusiya və Belarusa qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edir”, – Bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin, ABŞ Dövlət Departamentinin Rusiya müdafiə sektorunu hədəf alan yeni sanksiyalar tətbiq edəcəyinə və bunun Rusiyanın silah inkişaf etdirmə və istehsal edən şirkətlərinə ağır təsir göstərəcəyi bildirilib:

“22 Rusiya müdafiə şirkəti sanksiyaya cəlb olunacaq. Bu şirkətlər arasında döyüş təyyarələri, zirehli döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən şirkətlər də var”.

Açıqlamaya görə, yeni sanksiyalar çərçivəsində Rusiya və Belarus ordusuna dəstək verən şirkətlər də hədəfə alınıb. Rusiya və Belarus təhlükəsizlik xidmətlərinə, ordularına və müdafiə sənayesinə dəstək verən şirkətlər ABŞ Ticarət Nazirliyinin sanksiyalar siyahısına daxil ediləcək.

ABŞ Prezidenti Co Baydenin dünən axşamkı çıxışında bəyan etdiyi kimi, ABŞ hava məkanı Rusiya sərnişin və yük təyyarələri üçün bağlanacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər