Türkiyədə inflyasiya son 20 ilin maksimumuna keçir.
Banker.az xəbər verir ki, 2022-ci ilin fevral ayı üzrə Türkiyədə orta illik istehlak qiymətləri indeksi 54.44% təşkil edib.
Ekspert və analitiklər isə proqnoz edirdilər ki, inflyasiya 52.95% olacaq.
2022-ci ilin yanvar üzrə 48.69% orta illik inflyasiya olmuşdu.
Türkiyə Statistika İdarəsi bildirir ki, ölkədə inflyasiya aylıq fevral ayında 4.81% olub. Analitiklər fevral üçün aylıq 3.80% gözləyirdi. Qeyd edək ki, yanvarda 11.10% idi.