12 C
Baku
Tuesday, May 7, 2024

Rubl birjalarda yenidən dəyər itirir

Rusiya rublunun qiyməti birjalarda yenidən dəyər itirməkdədir.

Banker.az xəbər verir ki, USD/RUB cütlüyünün məzənnəsi 6.8533 rubl, yaxud 6.46% artaraq 112.8633 səviyyəsinə yüksəlib.

Qeyd edək ki, ötən gün Rusiya Mərkəzi Bankı rublun rəsmi məzənnəsini dollara qarşı azaldıb. Mərkəzi Banka görə 1 dollar 4 mart üçün 103.2487 rubldan 111.7564 rubla qaldırılıb.

Ölkədə hazırda valyuta bazarında böyük təşviş var. Ölkə üzərinə tətbiq edilən sərt sanksiyalar fonunda Moskva və Sankt-Peterburq birjası tam fəaliyyətə başlaya bilmir. Birjalarda yerli şirkətlərinin səhmlərində güclü satış var. Ölkədə banklar rublu yüksək marja fərqi ilə mübadilə edir.

tvc 14bb5eb05437aa4334e0905f9b4e6319

Son xəbərlər
 ⁠
Digər xəbərlər