Amerikanın KİV-i olan “Bloomberg” və “CNN” Rusiyada fəaliyyətini dayandırır.
Banker.az xəbər verir ki, məlumata görə, “CNN” Rusiyada yayımı dayandırsa da, vəziyyəti qiymətləndirməyə davam edəcək və onlar əsasında növbəti addımları müəyyənləşdirəcək.
Rusiyada jurnalistlərin müvəqqəti olaraq fəaliyyəti dayandırması barədə “Bloomberg” də məlumat verib. Medianın baş redaktoru Con Mikltueyt söyləyib: “”Böyük təəssüf hissi ilə Rusiyada xəbərlərin toplanmasının müvəqqəti dayandırılması barədə qərar qəbul etdik”.
Xatırladaq ki, bundan əvvəl Britaniyanın “BBC” korporasiyasının Rusiyadakı işini müvəqqəti dayandırmaq qərarına gəldiyi bildirilib. Media rəhbəri Tim Deyvi bildirib ki, bütün jurnalistlər və yardımçı heyət məzuniyyətə buraxılıb. O əlavə edib ki, BBC xaricdən rus dilində yayımlanacaq.