Çinin Şenyan şəhərində yerləşən bir avtosalonda alıcı yeni əldə etdiyi 680 000 yuan (140 000 dollar) dəyərində olan avtomobilin hesabını mis qəpiklərlə ödəmişdir. Həmin şəxs məbləğin 660 000 yuanını (136 000 dollar) mis sikkə ilə, 20 000-ni isə (4000 dollar) kağız pulla ödəmişdir.
Çəkisi 4 tondan çox olan ödənişi qəbul etmək üçün yük avtomobili və avtosalonun 10 işçisi lazım olmuşdur. Gan adlı alıcının bildirdiyinə görə o yanacaq doldurma məntəqəsində işləyir və bu qədər çox mis qəpiyi həmin qəpiklərlə benzin dolduran avtobus sürücülərinin sayəsində toplaya bilmişdir.