10 C
Baku
Friday, November 1, 2024

İlon Mask neft və qaz hasilatını artırmağa çağırıb

Rusiyadan karbohidrogenlərin idxalından imtina edildiyi təqdirdə Qərb dərhal enerji ehtiyatlarının hasilatını artırmalı olacaq. Bu barədə şənbə günü, martın 5-də “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask öz Twitter səhifəsində məlumat verib.

“Bu barədə danışmaq çətindir, lakin biz mümkün qədər tez neft və qaz hasilatını artırmalıyıq. Fövqəladə vaxtlar fövqəladə tədbirlər tələb edir”, – deyə mesajda bildirilib.

Milyarder həmçinin etiraf edib ki, enerji sənayesinin inkişafı “Tesla” elektrik avtomobillərinin istehsalına ciddi təsir edəcək, lakin onun sözlərinə görə, başqa alternativ yoxdur.

Qeyd edək ki, bütün dünyada Ukraynadakı vəziyyətlə əlaqədar olaraq neftin, qazın və onların məhsullarının, o cümlədən benzinin qiyməti sürətlə artır.

Yaponiya da eyni addımı atacaq. Tokio öz ehtiyatlarından 7.5 milyon barel neft satmaq niyyətində olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər