11 C
Baku
Monday, November 25, 2024

Böyük Britaniya Ukraynaya əlavə maliyyə yardımı göstərəcək

Böyük Britaniya Ukraynaya yardım məqsədilə əlavə 100 milyon ABŞ dolları ayıracaq.

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Vəsait Ukraynanın dövlət büdcəsinə Rusiya ilə bağlı vəziyyətin yaratdığı maliyyə təzyiqini azaltmaq üçün ayrılacaq və dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsi üçün istifadə oluna bilər.

“Böyük Britaniyanın ayırdığı yardımı indi ona ən çox ehtiyacı olanlar alırlar, onlar tibbi ləvazimat və zəruri əşyalar alırlar. Ukraynadakı iztirablara yalnız Putin son qoya bilər, amma yenə də bugünkü yeni maliyyələşmə pisləşən humanitar vəziyyətlə üzləşənlərə kömək etmək üçün nəzərdə tutulub”, – Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər