“Rusiyaya təzyiqi artırmağı planlaşdırırıq”.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Moldovaya səfəri zamanı Prezident Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya hücum yolunu seçsə, lazım olanı etməyə hazırıq. Torpaqların suverenliyi nəzərə alınmır. NATO-dakı müttəfiqlərimizlə durumu daim müzakirə edirik. Ukraynaya dəstəyimizin nəticəsini görürük. Dediklərimizin hamısı reallaşır. Rusiyaya təzyiqi artırmağı planlaşdırırıq. Ukrayna üstünlüyü ələ alacaq və zəfər qazanacaq”, – o bildirib.