11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan manatı gürcü larisi qarşısında bahalaşıb

Son bir neçə həftədə Gürcüstanda ölkənin milli valyutası larinin Azərbaycan manatı qarşısında ucuzlaşması müşahidə edilir.

Bu barədə Gürcüstan Milli Bankına istinadən xəbər verir.

Belə ki, qurumun rəsmi məzənnəsinə əsasən, sabah 1 manat 2,0047 lariyə bərabər olacaq. Bu da bugünkü məzənnəyə nisbətən 0,0736 lari çoxdur.

Qonşu ölkədə ABŞ dolları və avronun da məzənnəsi artmaqdadır. Belə ki, sabah Amerika valyutasının məzənnəsi ABŞ dolları 3,3991 lari (+0,1247 lari), Avropa valyutasının məzənnəsi isə isə 3, 6802 lari (+0,0767 lari) təşkil edəcək.

Gürcüstanda manatın məzənnəsi sonuncu dəfə 2 larini ötən ilin mart-aprel aylarında üstələyib.

Son xəbərlər
Digər xəbərlər