10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan bankları Rusiya ilə bağlı xəbərdarlıq etdi: Səfər etməmiş pulu nağdlaşdırın

Azərbaycanda bir sıra banklar Rusiyada səfərdə olan, yaxud bu ölkəyə yaxın günlərdə səfər planlaşdıran müştərilərinə xəbərdarlıq edib.

Bu barədə “Banker.az”ın əldə etdiyi məlumatda deyilir.

Məlum olduğu kimi, Visa və Mastercard beynəlxalq ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını elan edib.

Bildirilir ki, bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Bunu nəzərə alaraq bank kartınızla vəsaitlərinizi ATM-lərdə nağdlaşdırmağınızı, yaxud nağdsız ödəniş əməliyyatlarını əvvəlcədən həyata keçirməyinizi tövsiyə edirik’- deyə məlumatlarda qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər