BVF Ukraynaya 1.4 mlrd. dollar ayırır

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya ilə müharibədən əziyyət çəkən Ukraynaya dəstək üçün 1,4 mlrd. ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır.

Bu barədə BVF-nin rəhbəri Kristalina Georgieva bildirib.

“Biz İcraiyyə Şurasına Ukraynaya dəstək məqsədilə təxminən 1,4 mlrd. dolların ayrılmasına dair təklif göndərmişik”, – Georgiyeva qeyd edib.

O həmçinin bildirib ki, BVF Ukrayna hökuməti ilə cari müzakirələr mövzusunu “islahat”dan “böhranların idarə edilməsi”nə dəyişib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər