14 C
Baku
Saturday, November 23, 2024

“Fitch” Rusiyada fəaliyyətini dayandırır

“Fitch Group” Rusiyadakı kommersiya fəaliyyətini dərhal dayandırmaq barədə qərar qəbul edib.

Qrupun əməliyyatları kredit reytinqləri, həmçinin “Fitch Ratings” və “Fitch Solutions” vasitəsilə Rusiya Federasiyasında göstərilən digər xidmətləri əhatə edir.

Qrup ölkədən kənarda analitik hesabatlar hazırlayaraq bazara təqdim etməyə davam edəcək. Buna baxmayaraq, “Fitch” rusiyalı işçilərinə dəstək olacağını bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ-ın biznes və maliyyə xidmətləri şirkəti “Moody’s Corporation” (“Moody’s”) da Rusiyada kommersiya fəaliyyətini dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər