7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna bəzi məhsulların ixracına qadağa qoyub

Ukrayna hökuməti bəzi dənli bitkilərin, şəkər, duz və ətin ixracını qadağan edib.

Bu barədə Ukraynanın Nazirlər Kabinetinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyulub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan Ukraynadan 4 min tondan çox şəkər (dəyəri 2,4 mln. dollar), 7,3 min ton duz (991 min dollar) və 24,6 min ton ət (42,3 mln. dollar) idxal edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər