10 C
Baku
Tuesday, November 26, 2024

OPEC neft hasilatını artımağa davam edəcək – PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu yüksəldib.

Bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 29,18 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,15 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,95 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,31 mln. barel çoxdur.

Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC 2022-2023-cü illərdə hasilatına tədricə artıracaq, lakin bunu məhdud şəkildə edəcək və nəticədə təşkilata daxil olan ölkələr gələn il hasilat göstəricisi üzrə pandemiyadan öncəki səviyyəyə çata bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər