“Rolls-Royce” şirkəti Rusiyaya tədarükünü dayandırıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. İndiki şəraitdə biz Rusiya bazarına avtomobil tədarükünü dayandırırıq. Biz vəziyyəti, eləcə də biznesimiz üçün mümkün gələcək nəticələri qiymətləndirməyə davam edirik”, – şirkət vurğulayıb.
Xatırladaq ki, 2021-ci ildə “Rolls-Royce” 300-dən çox avtomobil sataraq Rusiyada satış rekordunu yeniləyib. Brendin Rusiyada satış həcmi 1910-cu ildən bəri maksimum həddə çatıb.
Fevralın 24-ü Ukraynada başlayan hərbi əməliyyata cavab olaraq Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar çərçivəsində dünyanın bir çox avtomobil şirkəti Rusiya bazarından çıxıb. Onlar arasında “General Motors”, “Volvo”, “Mitsubishi”, “Harley-Davidson”, “Ford”, “BMW”, “Jaguar Land Rover”, “Volkswagen”, “Skoda”, “Mercedes-Benz”, “Porsche”, “Ferrari” və “Lamborghini” yer alıb.