Yaponiyanın “Mitsubishi Electric” şirkəti Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın hərbi əməliyyatı ilə əlaqədar öz məhsullarının Rusiya bazarına tədarükünü dayandırır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Mövcud logistik və maliyyə vəziyyətinə görə biz Rusiyaya tədarükü dayandırmaq məcburiyyətindəyik, biznesin fəaliyyətini davam etdirmək çətindir”, – şirkətin verdiyi açıqlamada deyilir.
Qeyd edək ki, “Mitsubishi Electric” Rusiya bazarında elektron məhsullar, o cümlədən kondisionerlər, məişət texnikası və sənaye avtomatlaşdırılması üçün avadanlıqlar təklif edir