12 C
Baku
Monday, November 18, 2024

Ötən il ölkədə 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9,3 milyard manatlıq investisiya qiymətli kağızlarının dövlət qeydiyyatını həyata keçirib.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, bunun 1,9 milyard manatı 59 korporativ istiqraz buraxılışının, 0,7 milyard manatı 138 səhm buraxılışının, 6,7 milyard manatı isə dövlət qiymətli kağızlarının, o cümlədən 4,8 milyard manatı AMB-nin notlarının, 1,9 milyard manatı isə Maliyyə Nazirliyinin istiqrazlarının payına düşüb.

Ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 0,5 milyard manat olan 20 emissiya prospekti təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər