14 C
Baku
Sunday, November 24, 2024

“Fryday”, “Böyük Fırat”, “Yuka”, “Bosman” restoranları cərimələndi – Səbəb

Pandemiya sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2022-ci il martın 9-da ölkə üzrə 299 ictimai iaşə obyektində 537 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev D, məh. 556/557 ünvanında yerləşən, fiziki şəxs Keklik Eminə məxsus “Böyük Firat” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs “Fryday” MMC-yə məxsus “Fryday” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən, fiziki şəxs Məmmədxanova İradə Arif qızına məxsus “Yuka” restoranı;

4. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küç., ev 84B ünvanında yerləşən, fiziki şəxs Qaçayev Babək Azarət oğluna məxsus “Bosman” restoranı.

AQTA-da bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər