Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya və Rusiya üzərindən bütün uçuşları müvəqqəti dayandıracağını açıqlayıb.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, qərar “kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması” ilə əlaqədar qəbul edilib.
“Aviaşirkət uçuşların tez bir zamanda bərpası üçün Qazaxıstan hökuməti ilə bu məsələləri həll edir”, – daşıyıcının press-relizində deyilir.
Rusiyanın Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatı ilə əlaqədar Avropa Birliyi, Kanada və ABŞ Rusiya aviaşirkətlərinə öz hava məkanından istifadəni qadağan edib. Bununla yanaşı, Avropa İttifaqı Rusiyada təyyarələrin tədarükü, satışı, lizinq, texniki xidmət və sığortasını da dayandırıb. Çin Rusiya şirkətlərinə təyyarə üçün ehtiyat hissələrinin tədarükündən imtina edib.