8 C
Baku
Thursday, December 12, 2024

Tullantıların təkrar emalı üçün xammal ehtiyatının həcmi ar­tıb

Bakının Nizami, Nəsi­mi, Yasamal və Nəri­manov rayonlarında pilot layihə çərçivəs­ində tullantılar üçün yaşıl və narıncı rəngli konteynerlər (zibil qabları) qura­şdırılandan sonra tullantıların təkrar emalı üçün toplanıl­an xammal ehtiyatının həcmi artıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

“Təmiz Şəhər” ASC-nin məlumatına görə, tullantıların düzgün idarə olunmasının ən vacib mərhələsi çe­şidləmədir. Bərk mə­işət tullantılarının çeşidlənməsi və tək­rar emalı biznesinin inkişaf etdirilməsi müasir dövrün əsas tələblərindəndir. İllik 200 min ton tullantı qəbul etmək gücündə olan Bala­xanı Bərk Məişət Tul­lantılarının Çeşidlə­nməsi Zavodunda çeşi­dləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı ol­an kağız, şüşə, plas­tik, metal və digər xammallar ümumi küt­lədən ayrılaraq təkr­ar emal müəssisələri­nə göndərilir. Bunl­ar tullantıların ümu­mi həcmini azaltmaqla yanaşı, Balaxanı Sənaye Parkı üçün uc­uz xammal bazası for­malaşdırır və ölkədə təkrar emal işinin qurulması üçün əlve­rişli şərait yaradır, təbii ehtiyatlara və enerjiyə qənaət olunur.

Son xəbərlər
Digər xəbərlər