10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ Rusiya ilə ticarət əlaqələrini dayandırdı

ABŞ Ukraynaya hücumlarına görə Rusiya ilə ticarət əlaqələrini dayandırıb.

Bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Bayden Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan (BVF) kömək almasına mane olacaqlarını  deyib:

“Rusiya iqtisadiyyatını, demək olar, məhv etmişik. Moskva birjası iki həftədir açılmır, çünki açılanda çökəcəklərini bilirlər”.

ABŞ lideri Rusiyaya alkoqol və dəniz məhsulları idxalını da dayandırdıqlarını qeyd edib.

O, azad dünyanın Putinə qarşı birləşdiyini vurğulayıb: “Hər gün beynəlxalq şirkətlər bir-bir Rusiyadan çəkilir”.

Bayden əlavə edib ki, ABŞ Putinin Ukraynaya qalib gələcəyini düşünmür:

“NATO-nun Rusiyaya qarşı müharibəsi III Dünya Müharibəsi ola bilər”.

 

 

Son xəbərlər
Digər xəbərlər