“Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birlikdə NATO ərazisinin hər qarışını qoruyacaq”.
Bunu ABŞ prezidenti Co Bayden bəyan edib.
“Biz tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik: NATO ərazisinin hər qarışını qoruyacağıq. Ona görə də mən Rusiya ilə sərhədlərə – Latviya, Estoniya, Rumıniya və digər ölkələrə 12 min əsgər göndərdim. Çünki bir hərəkət olsa, cavab verəcəyimizə zəmanət verirəm”, – Amerika prezidenti bildirib.